Türk ruhunun poetik carçısı - Alıkul Osmonovun “Zamandan zamana” kitabına ön söz. Aktotı Raimkulova

Türk Mədəniyyəti və İrsi Fondunun "Türk ədəbiyyatının inciləri" kitab seriyasın ilk nəşri işıq üzü görüb

 

Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə respublikaları dövlət başçılarının dəstəyi ilə yaradılmış türk dünyasının mədəniyyətini və irsini dünyada tanıdan beynəlxalq təşkilatdır.

Fond çoxşaxəli fəaliyyəti ilə yanaşı, həmçinin bir sıra yeni nəşr layihələrinə start verib. Belə ki, Fond "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının mədəniyyət inciləri", "Türk ədəbiyyatının inciləri" adlı yeni seriya kitabların nəşrinə başlayıb. Mədəniyyət və irslə yanaşı, Türk dünyasının ədəbiyyatının təbliği də Fondun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Artıq "Türk dünyasının ədəbi inciləri" adlı kitab seriyasının ilk nəşri işıq üzü görüb. Yeni nəşr görkəmli qırğız şairi Alıkul Osmonovun  "Zamandan zamana" adlı qırğız və Azərbaycan dillərində olan kitabıdır. 

Nəşrin layihə rəhbəri və ön sözünün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Aktotı Raimkulovadır.

Şeirləri Azərbaycan dilinə qırğız folkloruna və yazılı ədəbiyyatına dərindən bələd olan manasşünas alim, tanınmış şair Adil Cəmil tərcümə edib. Nəşrin tərtibçisi Qırğız Respublikasının Azərbaycan Respublikasındakı və Gürcüstandakı fövqəladə və sələhiyyətli səfiri Kayrat Osmonalıyev, qırğız dili üzrə redaktoru Jıldız Supatayeva, Azərbaycan dili üzrə redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair Fərid Hüseyndir.

Nəşr Qırğız Respublikasının Azərbaycan Respublikasındakı və Gürcüstandakı səfirliyinin təşəbbüsü, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə çap olunub.

Qeyd edək ki, Bakıda Qırğız Mədəniyyəti Günləri çərçivəsində aprelin 25-də Milli Kitabxanada "Azərbaycan-Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri" mövzusunda dəyirmi masa təşkil olunub, həmin tədbirdə A.Osmonovun "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib.

Görkəmli bəstəkar, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova "Zamandan zamana" adlı kitaba "Türk ruhunun poetik carçısı" adlı dərin məzmunlu ön söz yazmışdır. Həmin məqaləni oxuculara təqdim edirik.

 

Aktotı Raimkulova

rk niyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasın Əkdar incət xadimi, tşünaslıq elmləri doktoru, professor

 

rk ruhunun poetik carçı

 

Əziz oxucular! Sizlərə təqdim olunan bu kitab görkəmli Qırğız şairi Alıkul Osmonovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan "Zamandan zamana" şeirlər toplusudur. Alıkul Osmonov Qırğız ədəbiyyatının görkəmli nümayəndəsi olaraq, 500-dən çox dərin məzmunlu şeirdən ibarət poetik irsi ilə dünya ədəbiyyatı tarixinə öz adını qızıl hərflərlə yazıb. O, eyni zamanda məşhur tərcüməçidir - Nizami Gəncəvinin, Şota Rustavelinin yaradıcılığından nümunələri, həmçinin Uilyam Şekspirin "Otello" və "On ikinci gecə", Aleksandr Puşkinin "Yevgeni Onegin" əsərlərini doğma dilə - qırğızcaya peşəkar səviyyədə çevirməklə xalqının ədəbi xəzinəsini daha da zənginləşdirib. Cəmi 35 il yaşayan qüdrətli şair özündən sonra bəşəriyyətə elə bir gözəl və təsirli ədəbi irs qoyub ki, onun əsərləri vəfatından sonra da rus, ingilis və digər dillərə çevrilib dünyanın hər yerində çap olunub. Alıkul Osmonovun bu kitabda təqdim olunan ədəbi irsini Azərbaycan dilinə tanınmış manasşünas alim, şair Adil Cəmil tərcümə edib. Əsas vəzifəsi Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və beynəlxalq aləmdə təbliğindən ibarət olan Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə yaradılıb. Öz fəaliyyət dövrü ərzində Fond çoxsaylı layihələr həyata keçirib və türk xalqlarının maddi-mənəvi dəyərlərinin təbliği istiqamətində böyük işlər görüb. Türk Mədəniyyəti və İrsi Fondu öz fəaliyyətində bütün qurucu üzv dövlətlərin mədəni irsinin qorunmasına xüsusi önəm verir. Qırğız Respublikası da həmin ölkələrdən biridir. Bu münasibətlə Fond çoxlu sayda müxtəlif tədbirlər həyata keçirib, Çingiz Aytmatovun "Cəmilə" və "Ana tarla" əsərlərinin səhnələşdirilməsi, "Ana tarla" povestinin dram variantının və tanınmış manasşünas alim, şair Adil Cəmilin "Manas" eposu və türk dastançılıq ənənəsi" tədqiqat əsərinin Azərbaycan və Qırğız dillərində nəşri də bu sıraya daxildir. Fondun uğurlu nəşr layihələrindən biri də TÜRKSOY-un baş katibi, Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayevin "Daşqın" romanıdır. Görkəmli şair Alıkul Osmonovun "Zamandan zamana" kitabının nəşri də Türk Mədəniyyəti və İrsi Fondunun quruma üzv ölkələrdən olan Qırğız Respublikası ilə bağlı növbəti layihəsidir. Fikrimcə, ədəbiyyat türk xalqları arasında daha sıx əlaqənin qurulması və onların yaxından inteqrasiyası istiqamətində ən vacib vasitələrdən biridir. Əminəm ki, Adil Cəmilin tərcüməsində Qırğız və Azərbaycan dillərində nəşr olunan "Zamandan zamana" kitabı Türk dünyası ədəbiyyatının qarşılıqlı şəkildə öyrənilməsinə şərait yaradacaq. Gələn il görkəmli Qırğız şairi Alıkul Osmonovun 100 yaşı tamam olur və əlbəttə ki, bu yubiley, şairin doğma vətənindəki kimi, onun hüdudlarından kənarda da təntənə ilə qeyd ediləcək. Fond bu nəşri şairin yubileyinə ithaf edib, eyni zamanda təşkilat tərəfindən artıq Alıkul Osmonovun ev-muzeyinin bərpası işlərinə də başlanılıb. Əminəm ki, bu kitab türkdilli oxucular tərəfindən böyük maraq və sevgi ilə qarşılanacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!